Real Madird Beyllə bağlı qərarını verdi


İdman 01 İyn 2018 11:16:00 331 0

Real Madird Beyllə bağlı qərarını verdi

Real Madrid Qaret Beyllə yollarını ayırmayacaq.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” uelsli yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağa hazırlaşır. Yaxın 2 həftə ərzində futbolçunun nümayəndələrinin Madridə gedərək, rəhbərliklə danışıq aparacaqları iddia olunur.Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçinin Real Madrid-lə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. Onunla Manchester United yaxından maraqlanır.