La Liqa klubu yeni baş məşqçisini açıqlayıb


İdman 31 May 2018 18:54:00 275 0

La Liqa klubu yeni baş məşqçisini açıqlayıb

Athletic yeni baş məşqçisini açıqlayıb. Goal.az xəbər verir ki, bask klubu Eduardo Berizzo ilə anlaşıb. 48 yaşlı mütəxəsislə 2019-cu il 30 iyuna kimi müqavilə imzalanıb.

Argentinalı mütəxəsisin son iş yeri Sevilla olub. O, 2017-ci ilin noyabrında Əndəlus klubundan istefa göndərilmişdi. Bundan başqa Athletic təcrübəli yarımmüdafiəçi Raul Qarsiyanın da müqaviləsini yeniləyib. O, 2020-ci ilin yayına kimi klubda qalacaq.