Perez: "Bu qərar biizm üçün gözlənilməz oldu"


İdman 31 May 2018 16:28:00 283 0

Perez: "Bu qərar biizm üçün gözlənilməz oldu"

Real Madrid-in prezidenti Florentino Perez komandanın baş məşqçisi Zidanın istefası barədə danışıb. Goal.az xəbər verir ki, ispaniyalı funksioner istefa qərarının bilavasitə ona aid olduğunu deyib.

"Üç il ərzində sədaqəti, kluba sevgisi və Real qarşısında xidmətlərinə görə Zidana təşəkkür edirəm. Bu vida deyil, tezliklə görüşəcəyik. O, fasiləyə layiqdir. Çempionlar Liqasında qalibiyyətdən sonra bu qərar bizim üçün gözlənilməz oldu. Amma bu qərara hörmətlə yanaşıb onu qəbul etməliyik. Zidanı fikrindən döndərmək istərdim. Lakin bunun necə olduğunu bilirəm".