Mario Balotellinin bir neçə klubdan təklifi var


İdman 30 May 2018 16:51:00 364 0

Mario Balotellinin bir neçə klubdan təklifi var

Nice-nın sabiq futbolçusu Mario Balotelli İtaliya A Seriyasına qayıtmaq istəyir. Goal.az xəbər verir ki, 27 yaşlı forvardla Genoa, Roma və Parma maraqlanır. İtaliyadan kənarda da Marionu izləyən bir neçə klub var. "Corriere dello Sport" bunların arasında Marseille, Borussia Dortmund və Arsenal-ın olduğunu yazır. Balotellinin agenti Mino Rayola isə onu Napoli-də görmək arzusundadır. O, bu məsələ ilə bağlı klubun prezidenti Aurelio De Laurentislə müntəzəm təmasdadır.

Ötən mövsüm Fransa Liqasında 28 oyuna çıxan Mario 18 qol vurmuşdu.