İniesta : "Real Çempionlar Liqasında qalibiyyəti qeyd edir, bizsə..."


İdman 30 May 2018 15:31:00 285 0

İniesta : "Real Çempionlar Liqasında qalibiyyəti qeyd edir, bizsə..."

Barcelona-nın sabiq yarımmüdafiəçisi Andres İniesta Çempionlar Liqasında katalonların finala çıxmamasından təəssüfləndiyini bildirib. Goal.az xəbər verir ki, təcrübəli havbek bunları deyib:

"Çempionlar Liqasının finalını biraz ürək ağrısı ilə izlədim. Bunun səbəbi nəticə deyildi. Real-ın uğuruna müxtəlif yanaşmaq mümkündür. Şəxsən məni Barcelona-nın finalda olmaması məyus etmişdi. Onlar Çempionlar Liqasında qalibiyyəti qeyd etdiyi halda, biz Primera və İspaniya Kubokunu qazanmağımıza sevinirik".