Liverpool-dan bu transferə görə 90 milyon tələb ediləcək


İdman 30 May 2018 13:00:00 262 0

Liverpool-dan bu transferə görə 90 milyon tələb ediləcək

Liverpool Roma-nın qapıçısı Alisson Bekerə maraq göstərməkdə davam edir. İtaliya klubu 25 yaşlı qolkiperi heyətdə saxlamağa çalışır. Goal.az xəbər verir ki, "canavarlar" Alissona görə 90 milyon avro tələb edəcək. Liverpool transferlə bağlı rəsmi təklif göndərməsə də, qapıçının agenti ilə əlaqə saxlayıb. Braziliyalı qapıçının hazırki klubu ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Roma onun məvacibini illik 1.5 milyon avroya yüksəltməyə hazırdır.