"Dünya çempionatını Rusiyada keçirmək axmaqlıqdır"


İdman 29 May 2018 20:04:00 284 0

"Dünya çempionatını Rusiyada keçirmək axmaqlıqdır"

Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus 2018-ci il dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, siyasi xadimin sözləri Rusiya tərəfində birmənalı qarşılanmayıb.

"Dünya çempionatını Rusiyada keçirmək axmaq qərardır. Bu ölkədə hər şey siyasətlə bağlıdır. İdman və mədəniyyəti diqqət mərkəzinə çıxarırlar. Bu isə propoqanda üçün əlverişlidir.

Düşünmürəm ki, dünya çempionatını boykot etmək mütəşəkkil siyasi jest olsun. Amma bunun az-çox koordinasiyalı olması zəruridir. Belə şeyləri müzakirə etmək çətindir. Çünki hər kəsin öz mövqeyi var" - Linkyaviçyus deyib.

Dünya çempionatı 14 iyun - 15 iyul tarixlərində baş tutacaq.