Real-ın sabiq prezidentinə 5 illik həbs


İdman 29 May 2018 13:33:00 322 0

Real-ın sabiq prezidentinə 5 illik həbs

Real-ın sabiq prezidenti Lorenzo Sans 2008-2009-cu illərdə İspaniya vergi orqanlarından 6 milyon avronu gizlətdiyini etiraf edib. Bu, Madriddə keçirilən məhkəmədə baş verib. Goal.az xəbər verir ki, dövlət ittihamçısı ona 5 il azadlıqdan məhrumetmə cəzası və 3.5 milyon avro cərimə kəsilməsini tələb edib. Sansın ödəmədiyi 1.2 milyon avro cərimə də bunun üstünə əlavə oluna bilər.

Sabiq prezident günahını etiraf edəndən sonra məhkəməyə yeni materiallar təqdim edir. Onlara iyunun 27-də keçiriləcək iclasda baxılacaq.

Lorenzo Sans 1995-2000-ci illərdə Ral-ın prezidenti olub. 2000-ci ildə Florentino Perez seçkilərdə 91% səs toplayaraq onu "taxtdan salmışdı".