Dünya çempionatından xəbəri olmayan ruslar


İdman 29 May 2018 11:50:00 248 0

Dünya çempionatından xəbəri olmayan ruslar

Rusiyada təşkil olunacaq 2018-ci il dünya çempionatına sayılı günlər qalıb.

Goal.az xəbər verir ki, "Nielsen" kompaniyası bununla bağlı 3.5 mn nəfər rus arasında sorğu keçirib. Məlum olub ki, 11-69 yaşlı əhalinin 96 faizi ölkənin nüfuzlu turnirə ev sahibliyi edəcəyindən xəbərdardır. Respondentlərin 83 faizi mundialın oyunlarını izləyəcəyini deyib. 73 faiz rus oyunlara evdə, 23 faiz isə bar, pub və başqa ictimai yerlərdə baxacağını bildirib. Maraqlıdır ki, sorğuda iştirak edənlərin 4 faizi Rusiyada dünya çempionatının təşkil olunacağından xəbərsizdir.