Nigeriyalı futbolçu dünya çempionatını buraxacaq


İdman 29 May 2018 10:33:00 268 0

Nigeriyalı futbolçu dünya çempionatını buraxacaq

Nigeriya milli komandasının və Belçikanın Gent klubunun futbolçusu Simon Moyzes Rusiyadakı dünya çempionatında iştirak etməyəcək.

Goal.az-ın məlumatına görə, 22 yaşlı hücumçu məşq zamanı zədələnib. Tibbi müayinə nəticəsində onun 3-4 həftə müddətinə sıradan çıxdığı müəyyənləşib. Baş məşqçi Gernot Ror yığmanın vacib oyunçusunu itirmələrinə təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Simon Moyzes ötən mövsüm Gent-in heyətində 33 oyuna 6 qol vurub.