Karvaxalın durumuna aydınlıq gəldi


İdman 28 May 2018 20:26:00 259 0

Karvaxalın durumuna aydınlıq gəldi

İspaniya millisinin və Real Madrid-in futbolçusu Daniel Karvaxal Çempionlar Liqasının finalında İngiltərə Liverpool-u ilə oyunda aldığı zədədən sonra əlavə müayinədən keçib.

Goal.az "Marca"ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sağ baldırın arxa əzələlərində problem aşkarlanıb. Lakin Karvaxalın əvvəlcədən güman edildiyi qədər ciddi xəsarətlə üzləşmədiyi və dünya çempionatına yollana biləcəyi müəyyənləşib. O, 2-3 həftəyə tam sağalacaq. Ən pis halda, sağ cinah oyunçusu iyunun 15-də Portuqaliyaya qarşı keçirəcəkləri ilk oyunu buraxacaq. 

Qeyd edək ki, B qrupunda İspaniya yığmasının digər rəqibləri Mərakeş və İran olacaq.