"Qarabağ"ın ÇL-nın I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşdi


İdman 28 May 2018 13:47:00 255 0

"Qarabağ"ın ÇL-nın I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşdi

Qarabağ klubunun futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. 

Goal.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi iyunun 19-da keçiriləcək püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. "Səpələnməmişlər" səbətində isə bu komandalar olacaq:

Skendiya (Makedoniya), Olimpia (Lyublyana, Sloveniya), Düdelange (Lüksemburq), Spartak (Trnava, Slovakiya), Valletta (Malta), Vikingur (Farer adaları), Kruzeiders (Şimali İrlandiya), Alaşkert (Ermənistan), Sutyeska (Monteneqro), Suduva (Litva), Kork City (İrlandiya), "Spartak" (Yurmala, Latviya), "Valür" (İslandiya), "Flora" (Estoniya), "Torpedo" (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi. 

İlkin mərhələdə Linkoln (Cəbəllütariq), Santa-Koloma (Andorra), La Florita (San Marino) və Drita (Kosovo) komandaları arasında mini-turnir keçiriləcək və qalib I təsnifat mərhələsinə yüksələcək. 

UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birilərinə rəqib olmalarına icazə vermədiyindən, "Qarabağ"a Alaşkert istisna olmaqla, "səpələnməmişlər" səbətindəki istənilən komanda rəqib ola bilər. 

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.