Qiqqs: "Beyl insanını ağzını açıq qoyan qollardan birini vurdu"


İdman 27 May 2018 17:33:00 267 0

Qiqqs: "Beyl insanını ağzını açıq qoyan qollardan birini vurdu"

Uels millisinin baş məşqçisi Rayan Qiqqs həmyerlisi Qaret Beylin Çempionlar Liqasının finalında əvəzetmədən meydana daxil olaraq dubla imza atmasına münasibət bildirib. Goal.az xəbər verir ki, gənc mütəxəsis bunları deyib:

"Bel indiyə qədər gördüyüm ən böyük uelsli futbolçudur. Əlbəttə, uzaq keçmişdə Con Çarlz və digərlərinin oyununu görməmişəm. Amma böyük futbolçular lazımi məqamlarda özlərini göstərir və həlledici rolu üzərinə götürürlər. Beyl 2 dəfə Çempionlar Liqasının finalında bunu edib. Turnirin 4 qat qalibi olmaq, Real-a keçmək və bu qədər uğurlu karyeraya malik olmaq üçün ən yaxşı olmlısan. Beyl insanını ağzını açıq qoyan qollardan birini vurdu. Bu, Çempionlar Liqasının tarixində ən gözəl qollardan biridir. Həmişə demişəm ki, Beyl Real-da xoşbəxt görünür. Qaret seçimi budur. Real nəhəng klubdur. Beyl finalın taleyini həll etdi. Bunun hansı çəkiyə malik olduğunu gözləyib görərik".