Messinin mövsümün bombardiri oldu


İdman 27 May 2018 16:13:00 282 0

Messinin mövsümün bombardiri oldu

Barcelona-nın hücumçusu Lionel Messi Çempionlar Liqasının final oyunundan sonra böyük beşlik çempionatlarında bütün turnirlər nəzərə alınmaqla cari mövsümün bombardiri olub. Goal.az xəbər verir ki, Real - Liverpool oyununda Krişiano Ronaldo (44 qol) və Məhəmməd Salahın (44 qol) fərqlənə bilməməsi 45 qol vuran Messinin liderliyini rəsmiləşdirib.

Bu trionu 41 qolla Lazio-dan Çiro İmmobile, Tottenham-dən Harri Keyn və Bayern Munchen-dən Robert Levandovski izləyir. PSG-nin hücumçusu Edinson Kavani isə mövsüm ərzində 40 dəfə rəqib qapılarına yol tapıb.