Məhəmməd Salahın durumuna aydınlıq gəldi: Dünya çempionatında oynayacaqmı?


İdman 27 May 2018 10:28:00 265 0

Məhəmməd Salahın durumuna aydınlıq gəldi: Dünya çempionatında oynayacaqmı?

Çempionlar Liqasının finalında zədələnən Məhəmməd Salah dünya çempionatında oynaya biləcək. Goal.az xəbər verir ki, bu barədə Misirin İdman naziri Xalid Abdel Aziz feysbuk səhifəsində məlumat verib.

"Salahın çiyin oynaqlarında dartılma var. Müalicə 2 həftə davam edəcək. Misir millisinin həkimləri Liverpool-un tibbi heyəti ilə təmasdadır. Salah reablitasiyanı Liverpool-da keçəcək. Daha sonra İtaliyada milli komandanın düşərgəsinə gələcək. Biz yığmanın son iştirak ərizəsini iyunun 4-də açıqlamalıyıq. Məhəmməd mütləq olrda olacaq. İndi ona istirahət etmək və bərpa prosesinə başlamaq lazımdır" - nazir qeyd edib.

A qrupunda yer alan Misir Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla mübarizə aparacaq.