Vüqar Qurbanovdan sonra Zaur Əliyev də gedir TƏBİB və İcbari Tibbi Sığorta nazirliklərə birləşdirilir
Digərləri 18 Fev 2026 10:48:00 83 0
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.
Bu xəbəri də oxu: Gələcəyin ən varlıları onlar olacaq Həmin peşə Azərbaycanda da yaradılır
Son.az Bakupost.az-a istinadən xəbər verir ki, bu qərar səhiyyə sistemində gözlənilən geniş struktur dəyişikliklərinin ilk mərhələsi kimi qiymətləndirilir.
TƏBİB necə idarə olunur?
Qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti 13 may 2022-ci ildə xüsusi Fərman imzalayıb.
Həmin Fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Şura sədr və dörd üzvdən ibarətdir və onlar Prezident tərəfindən təyin olunur.
Müşahidə Şurasına aşağıdakı qurumların təmsilçiləri daxildir:
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müavini - Agentliyin İdarə Heyəti sədrinin müavini - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini
Yəni TƏBİB faktiki olaraq bir neçə dövlət qurumunun ortaq nəzarət mexanizmi altında fəaliyyət göstərir. Müşahidə Şurasının üzvləri TƏBİB-in icraçı direktorunu seçir.
Vüqar Qurbanovun işdən çıxarılmasından sonra İdarə heyətində də dəyişiklik gözləniləndir.
Redaksiyaya daxil olan məlumata görə, yaxın günlərdə İdarə Heyətinin özündə də ciddi kadr dəyişiklikləri baş verəcək. Öncə hazırkı sədr Zaur Əliyevin vəzifədən uzaqlaşdırılacağı, onun yerinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavininin gətiriləcəyi bildirilir.
Mənbələr həmçinin qeyd edir ki, bir qədər sonra daha radikal struktur qərarları da gündəmə gələ bilər:
- TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi
- İcbari tibbi sığortanın isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi
Qeyd edək ki, Bakupost.az bu ssenari barədə hələ aylar əvvəl yazmışdı.
Nə dəyişəcək?
Ekspertlərin fikrincə, Vüqar Qurbanovun gedişi sadəcə şəxsi kadr dəyişikliyi deyil - bu, səhiyyə idarəçiliyinin yenidən mərkəzləşdirilməsi prosesinin başlanğıcıdır.
Əgər planlaşdırılan birləşmələr reallaşarsa:
- TƏBİB müstəqil qurum statusunu itirə bilər
- qərarvermə birbaşa nazirliklərə keçəcək
- icbari tibbi sığorta sosial müdafiə mexanizminin tərkib hissəsinə çevriləcək
Bu isə həm xəstəxanaların idarə olunmasına, həm maliyyə axınlarına, həm də vətəndaşların tibbi xidmətə çıxış mexanizminə ciddi təsir göstərəcək.
Son.az
"Araz Supermarket"dən alınan çörəkdən simlər çıxıb.
Paytaxtın Xətai rayonunda "Range Rover" markalı avtomobildən 1100
"Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəs
Hazırda həm avtomobillərdə quraşdırılan videoqeydiyyat cihazları, həm d
Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət mər
Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciə
Əksər hallarda vətəndaşlar mənzil alarkən ödəniş edilən evin kvadrat�
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (T
Saat 09:30-da Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.�
2026-cı ilin qış ayının sonu daha çox sakit, planlı və enerjisini düzg�
Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə ya
Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA "Ana təbiət&qu
Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etm�
Türkiyənin sabiq səhiyyə naziri Fahrettin Koca "Qalatasaray"ın İ
