Avtomobillərdəki videoqeydiyyat cihazınının kadrlarını yayanları hansı cəza GÖZLƏYİR?
Digərləri 18 Fev 2026 10:25:00 71 0
Hazırda həm avtomobillərdə quraşdırılan videoqeydiyyat cihazları, həm də yaşayış binalarının girişlərində yerləşdirilən müşahidə kameraları ilə hər an rastlaşırıq. Qəza, oğurluq, mübahisə və digər hadisələr zamanı həmin görüntülər sübut kimi istifadə olunur və çox vaxt sosial şəbəkələrdə, xəbər saytlarında ictimailəşdirilir. Lakin texnologiyanın yaratdığı bu imkanlar eyni zamanda hüquqi və etik suallar doğurur: görüntülərin hüquqi rəy və ya aidiyyəti şəxslərin razılığı olmadan yayılması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab edilə bilərmi?
Bu xəbəri də oxu: Daha 17 itkinşəhid dəfn olunacaq
Son.az xəbər verir ki, mövzuyla əlaqədar Trend-in sorğusuna cavab olaraq Ali Məhkəmədən bildirilib ki, ictimaiyyət üçün açıq yerlərdə (küçələrdə, restoranların, şadlıq saraylarının, klinikaların, otellərin, konfrans zallarının və digər iaşə obyektlərinin giriş, foye, dəhliz, ümumi zal və digər açıq zonaları, ictimai nəqliyyat vasitələri və s.) təhlükəsizliyin təmin olunması məqsədi ilə xüsusi texniki vasitələrlə audio-video çəkilişlərinin aparılmasına müəyyən şərtlər daxilində yolverilir.
"Bu məqsədlə kameraların quraşdırıldığı açıq məkanlarda (küçə və s.) çəkiliş aparılmasına razılıq tələb olunmur. Lakin qapalı məkanlarda çəkilişin aparılmasına dair xəbərdaredici məlumatların yerləşdirilməsi tələb olunur. Bu halda hər kəsin görə biləcəyi yerdə və anlaşılan məzmunda çəkilişin aparılmasına dair məlumatın vurulması həmin yerlərə daxil olan şəxslərin çəkilişə razılığının əldə edilməsini ehtiva etmiş olur.
Bu görüntülərin və səs yazılarının həmin şəxslərin razılığı olmadan yayılmasına isə yalnız dövlət və ictimai maraqların təmin olunması məqsədilə yol verilir. Məhz bu əsaslara bağlı qəza, oğurluq və digər hadisələrin ictimailəşdirilməsi yolveriləndir".
Ali Məhkəmədən əlavə edilib ki, dövlət və ictimai maraqlar olmadığı halda razılığı olmadan barəsində məlumat yayılmış şəxs həmin məlumatın əldə edilməsi və yayılması ilə bağlı hüquqazidd əməllərə yol verən şəxslərə qarşı mülki qaydada şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldıra bilər.
Son.az
Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət mər
Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciə
Əksər hallarda vətəndaşlar mənzil alarkən ödəniş edilən evin kvadrat�
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (T
Saat 09:30-da Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.�
2026-cı ilin qış ayının sonu daha çox sakit, planlı və enerjisini düzg�
Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə ya
Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA "Ana təbiət&qu
Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etm�
Türkiyənin sabiq səhiyyə naziri Fahrettin Koca "Qalatasaray"ın İ
Dünyanın ən zəngin ölkələri siyahıya alınarkən yalnız iqtisadiyyat de
Çox vaxt qatıq qabının üstündə yığılan sarımtıl suyu "xoş gör
Ağ köynəklərdə və tişörtlərdə yaranan qoltuqaltı ləkələri təkcə
Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərində ölümdən döndüyünü
