Alınan evin kvadratı çıxarışda az yazılıbsa, nə etməliyik?


Digərləri 18 Fev 2026 10:00:00 67 0

Alınan evin kvadratı çıxarışda az yazılıbsa, nə etməliyik?

Əksər hallarda vətəndaşlar mənzil alarkən ödəniş edilən evin kvadratı ilə çıxarışda göstərilən ölçü eyni olmur.

Mövzunu Son.az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Mənzil Tikinti Kooperativləri (MTK) mənzili satarkən vətəndaşla alqı-satqı müqaviləsi bağladıqda ilkin qeydiyyat aparılır.

"Həmin sənəddə tikintialtı sahə də nəzərə alınır və mənzilin sahəsi daha böyük göstərilir. Lakin sonradan Dövlət Əmlak Reyestrində mənzilə çıxarış verilərkən daha az kvadratmetr qeyd olunur. Beləliklə, müqavilədə göstərilən sahə ilə çıxarışda əks olunan sahə arasında fərq yaranır. Bu problemin aradan qaldırılması məqsədilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dəfələrlə təklif edib ki, Dövlət Əmlak Reyestri Xidməti vahid yanaşma tətbiq etsin. Yəni ya mənzillərin yalnız daxili sahəsi sənədlərdə göstərilməli, ya da MTK-ların təqdim etdiyi kimi tikintialtı sahə də mənzilin ümumi sahəsinə əlavə olunmalıdır. Mövcud çaşqınlığın aradan qaldırılmasının yeganə yolu standartlaşdırılmış qaydaların tətbiqidir. Müxtəlif yanaşmalar davam etdikcə problem də qalacaq".

Sədr qeyd edib ki, MTK-lar mənzilləri vətəndaşlara satarkən sahənin böyük göstərilməsində maraqlıdırlar.

"Bu halda 1 kvadratmetrin bazar dəyəri nisbətən aşağı görünür. Vətəndaş müqavilə və ödəniş sənədlərini çıxarış almaq üçün reyestrə təqdim etdikdə isə qurumun əməkdaşları ölçü işləri aparır və tikintialtı sahəni deyil, mənzilin daxili sahəsini əsas götürürlər. Eyvan sahələrinin isə yalnız üçdə bir hissəsi ümumi sahəyə əlavə edilir. MTK-lar isə mənzili təqdim edərkən eyvan sahələrini tam şəkildə hesablayır və müqavilədə göstərirlər. Bu səbəbdən Dövlət Əmlak Reyestri Xidmətinin yanaşması ilə MTK-ların təqdim etdiyi məlumatlar arasında uyğunsuzluq yaranır. Problemin həlli üçün ya reyestrdəki hesablamalar MTK-ların metodologiyası ilə eyniləşdirilməli, ya da tikinti şirkətləri qarşısında tələb qoyulmalıdır ki, vətəndaşlara yalnız daxili sahə satılsın

Əgər mənzilin sahəsinin düzgün hesablanmadığı düşünülürsə, vətəndaşın qiymətləndirici şirkətlərə müraciət etmək hüququ var. Müstəqil ölçü işləri aparıldıqdan sonra təqdim edilən hesabat əsasında məhkəməyə müraciət oluna bilər. Məhkəmə qərarı ilə mənzilin sahəsinə dair məlumatlarda dəyişiklik edilməsi mümkündür", - deyə o qeyd edib.

Vüqar Qurbanovun taleyi necə olacaq? – Gedişinin arxasında PROSESLƏR like
  • 18 Fev 09:50  
Digərləri Vüqar Qurbanovun taleyi necə olacaq? – Gedişinin arxasında PROSESLƏR

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (T

arrow Ətraflı
Bu ərazilərdə qaz KƏSİLƏCƏK like
  • 18 Fev 09:45  
Digərləri Bu ərazilərdə qaz KƏSİLƏCƏK

Saat 09:30-da Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.�

arrow Ətraflı
Bu BÜRCLƏR üçün yeni imkanlar dövrü başlayır like
  • 18 Fev 09:38  
Digərləri Bu BÜRCLƏR üçün yeni imkanlar dövrü başlayır

2026-cı ilin qış ayının sonu daha çox sakit, planlı və enerjisini düzg�

arrow Ətraflı
Bu gün 14:00dək işıq OLMAYACAQ like
  • 18 Fev 09:30  
Digərləri Bu gün 14:00dək işıq OLMAYACAQ

Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə ya

arrow Ətraflı
Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır like
  • 18 Fev 09:25  
Digərləri Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır

Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etm�

arrow Ətraflı
Qələbədən sonra Meloninin FOTOsunu paylaşdı like
  • 18 Fev 09:20  
Digərləri Qələbədən sonra Meloninin FOTOsunu paylaşdı

Türkiyənin sabiq səhiyyə naziri Fahrettin Koca "Qalatasaray"ın İ

arrow Ətraflı
"O insandan zəhləm gedir" like
  • 18 Fev 09:10  
Şou-biznes "O insandan zəhləm gedir"

Müğənni Pünhan Piriyev "Rəngarəng" verilişində meyxanaçı Aq�

arrow Ətraflı
Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı like
  • 18 Fev 08:48  
Dünya Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

Dünyanın ən zəngin ölkələri siyahıya alınarkən yalnız iqtisadiyyat de

arrow Ətraflı
Qatığın suyunu tökməli, yoxsa içməli? like
  • 18 Fev 08:25  
Digərləri Qatığın suyunu tökməli, yoxsa içməli?

Çox vaxt qatıq qabının üstündə yığılan sarımtıl suyu "xoş gör

arrow Ətraflı
Tişörtlərin qoltuqaltı saralmalarını sürətlə ağardan ev üsulu like
  • 18 Fev 08:08  
Digərləri Tişörtlərin qoltuqaltı saralmalarını sürətlə ağardan ev üsulu

Ağ köynəklərdə və tişörtlərdə yaranan qoltuqaltı ləkələri təkcə

arrow Ətraflı
“5 yaşımda ölümün pəncəsindən qurtuldum” like
  • 18 Fev 07:07  
Şou-biznes “5 yaşımda ölümün pəncəsindən qurtuldum”

Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərində ölümdən döndüyünü

arrow Ətraflı
Quru lobyanın ilk qaynama suyu tökülməlidir? like
  • 18 Fev 06:06  
Digərləri Quru lobyanın ilk qaynama suyu tökülməlidir?

Quru lobya bişirərkən çoxumuzun tərəddüd etdiyi məqamlardan biri onun il

arrow Ətraflı
Qızıl suyuna salınmış avtomobilini görənlər mat qaldı like
  • 18 Fev 05:05  
Şou-biznes Qızıl suyuna salınmış avtomobilini görənlər mat qaldı

Ankarada tədbirə avtomobillə gələn Bülent Ersoy bütün diqqətləri üzə

arrow Ətraflı
Soyuq havada quru dəri problemindən necə xilas olaq? like
  • 18 Fev 04:04  
Digərləri Soyuq havada quru dəri problemindən necə xilas olaq?

Qış aylarında hava temperaturunun enməsi və rütubətin azalması dərinin

arrow Ətraflı