Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər


Digərləri 18 Fev 2026 09:28:00 63 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər

Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb.

Son.az xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb. O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin sərhədləri aşmasının mükəmməl bir nümunəsi olduğunu qeyd edib.

Sərgi haqqında məlumat verən Leyla Əliyeva mənəvi zənginliyi və səmimiyyəti ilə seçilən gözəl ölkədə olmaqdan məmnunluğunu ifadə edərək deyib:

"Azərbaycan və Albaniyanı siyasi sərhədləri aşan sıx dostluq və dərin münasibətlər birləşdirir. Ölkələrimiz müasir dünyada böyük ehtiyac duyulan humanizm, xeyirxahlıq, ləyaqət və qarşılıqlı hörmət kimi ali dəyərləri paylaşır".

O, həmçinin Baş nazir Edi Ramanın və tanınmış alban rəssamı Arben Qoleminin əsərlərinin bu sərgidə təqdim olunmasının onun üçün böyük şərəf olduğunu, bu gün burada Bakıdan olan dörd rəssamın iştirak etməsindən və onların öz müsbət təcrübələrini bölüşərək yaradıcılıqları haqqında şəxsən məlumat vermək imkanından böyük məmnunluq duyduğunu qeyd edib.

Leyla Əliyeva bəşəriyyətin təbiətə vurduğu zərərdən də söz açaraq deyib: "Hər il dünyada 10 milyon hektar meşə sahəsi məhv edilir. İnsanlıq vəhşi heyvanların 83 faizini, bitkilərin isə yarısını yox edib. Hər il planetimizdən 200 canlı növü silinir və okeanların 66 faizi birbaşa insan fəaliyyətinin mənfi təsirlərinə məruz qalır. Azərbaycanın zəngin ekosistemi də bu proseslərdən kənarda qalmır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Xəzər suitisi, qızılbalıq və nərə balığı kimi heyrətamiz canlı növləri yox olmaq təhlükəsi ilə üzləşib".

Albaniyanın Baş naziri Edi Rama sərgidə Leyla Əliyevanın əsərləri də daxil olmaqla, təbiətin mühafizəsi ilə incəsənətin vəhdətini nümayiş etdirən rəsmləri görməkdən şərəf duyduğunu qeyd edib. Baş nazir bu sərginin iki ölkənin dostluğunda yeni bir səhifə açaraq, bura mədəniyyət və yaradıcılıq ruhu gətirdiyini söyləyib. Edi Rama, sərginin davam etdiyi bir ay ərzində hər bir tamaşaçının buradan özü ilə rənglərin və xəyalların bir parçasını aparacağını bildirib.

Sonra qonaqlar sərgidə nümayiş olunan əsərlərlə tanış olublar.

Xalq rəssamı Elena Haqverdiyeva Tirananın çox gözəl və unudulmaz təəssürat yaratdığını qeyd edərək, sərgidə nümayiş olunan əsərinin "Daxili bağlar" adlandığını diqqətə çatdırıb. "Bu kompozisiyada xalça motivləri ilə vəhşi təbiət elementlərini bir araya gətirmişəm. Bu sənət işi hər birimizin daxili dünyasında, qəlbində "böyüyən" mənəvi bağlardan bəhs edir", - deyə Xalq rəssamı əlavə edib.

Sərgidə əsəri nümayiş olunan rəssam Nərgiz Quliyeva MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisində iştirak etməkdən böyük şərəf duyduğunu bildirib. O, burada təqdim olunan əsərində afrikalı bir qadını təsvir etdiyini söyləyib. "Müxtəlif mədəniyyətlər və milli geyimlər hər zaman diqqətimi çəkdiyi üçün yaradıcılığımda bu mövzuya dəfələrlə müraciət etmişəm. Bu əsərimdə də məhz afrikalı bir ananı canlandırmışam", - deyə N.Quliyeva diqqətə çatdırıb.

Sərgidə təqdim etdiyim əsərlərin mikroorqanizmlərin sirli dünyasına həsr olunduğunu qeyd edən rəssam Elnarə Nəsirli, yalnız mikroskopla seçilə bilən, gözlərimizdən gizlənən o möhtəşəm kainatı tamaşaçıya çatdırmaq istədiyini bildirib. O, abstrakt formaların dili ilə bu görünməz aləmin hüdudsuz zənginliyini və mürəkkəbliyini nümayiş etdirməyə çalışdığını söyləyib.

Bu layihədə iştirak etməyin onun üçün qürurverici olduğunu diqqətə çatdıran rəssam Ceyhun Abdullayev sərgilənən əsərinin "Yeni həyat" adlandığını bildirib: "Burada hamilə qadın obrazı təsvir olunub. Arxa fonda təbiət təsvirlərinə yer vermişəm, çünki övlad dünyaya gətirməyin özü elə yeni bir həyatdır. Hesab edirəm ki, həm təbiətə, həm də incəsənətə olan sevgini birləşdirən bu layihə, ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcək".

Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır like
  • 18 Fev 09:25  
Digərləri Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır

Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etm�

arrow Ətraflı
Qələbədən sonra Meloninin FOTOsunu paylaşdı like
  • 18 Fev 09:20  
Digərləri Qələbədən sonra Meloninin FOTOsunu paylaşdı

Türkiyənin sabiq səhiyyə naziri Fahrettin Koca "Qalatasaray"ın İ

arrow Ətraflı
"O insandan zəhləm gedir" like
  • 18 Fev 09:10  
Şou-biznes "O insandan zəhləm gedir"

Müğənni Pünhan Piriyev "Rəngarəng" verilişində meyxanaçı Aq�

arrow Ətraflı
Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı like
  • 18 Fev 08:48  
Dünya Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

Dünyanın ən zəngin ölkələri siyahıya alınarkən yalnız iqtisadiyyat de

arrow Ətraflı
Qatığın suyunu tökməli, yoxsa içməli? like
  • 18 Fev 08:25  
Digərləri Qatığın suyunu tökməli, yoxsa içməli?

Çox vaxt qatıq qabının üstündə yığılan sarımtıl suyu "xoş gör

arrow Ətraflı
Tişörtlərin qoltuqaltı saralmalarını sürətlə ağardan ev üsulu like
  • 18 Fev 08:08  
Digərləri Tişörtlərin qoltuqaltı saralmalarını sürətlə ağardan ev üsulu

Ağ köynəklərdə və tişörtlərdə yaranan qoltuqaltı ləkələri təkcə

arrow Ətraflı
“5 yaşımda ölümün pəncəsindən qurtuldum” like
  • 18 Fev 07:07  
Şou-biznes “5 yaşımda ölümün pəncəsindən qurtuldum”

Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərində ölümdən döndüyünü

arrow Ətraflı
Quru lobyanın ilk qaynama suyu tökülməlidir? like
  • 18 Fev 06:06  
Digərləri Quru lobyanın ilk qaynama suyu tökülməlidir?

Quru lobya bişirərkən çoxumuzun tərəddüd etdiyi məqamlardan biri onun il

arrow Ətraflı
Qızıl suyuna salınmış avtomobilini görənlər mat qaldı like
  • 18 Fev 05:05  
Şou-biznes Qızıl suyuna salınmış avtomobilini görənlər mat qaldı

Ankarada tədbirə avtomobillə gələn Bülent Ersoy bütün diqqətləri üzə

arrow Ətraflı
Soyuq havada quru dəri problemindən necə xilas olaq? like
  • 18 Fev 04:04  
Digərləri Soyuq havada quru dəri problemindən necə xilas olaq?

Qış aylarında hava temperaturunun enməsi və rütubətin azalması dərinin

arrow Ətraflı
Şorba sevənlərə mühüm xəbərdarlıq like
  • 18 Fev 03:03  
Digərləri Şorba sevənlərə mühüm xəbərdarlıq

Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ed

arrow Ətraflı
Qışda quru dəri problemi artır: Dərinizi necə qorumalısınız? like
  • 18 Fev 02:02  
Digərləri Qışda quru dəri problemi artır: Dərinizi necə qorumalısınız?

Qış aylarında havanın temperaturunun aşağı düşməsi və küləyin təsi

arrow Ətraflı
NASA Ay torpağından oksigen istehsal etməyi bacardı like
  • 18 Fev 01:01  
Digərləri NASA Ay torpağından oksigen istehsal etməyi bacardı

NASA-nın Conson Kosmik Mərkəzindəki mühəndislər kosmos tədqiqatları tar

arrow Ətraflı
Bakıda torpaq sürüşməsi baş verib  VİDEO like
  • 18 Fev 00:44  
Digərləri Bakıda torpaq sürüşməsi baş verib VİDEO

Bakının Səbail rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenid�

arrow Ətraflı