Azərbaycanda qəbir daşına elə söz yazıldı ki, iş məhkəməyə kimi getdi
Digərləri 18 Fev 2026 10:04:00 66 0
Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciət olunub. Son.az Teleqraf-a istinadən xəbər verir ki, xüsusi ittiham qaydasında şikayəti Rusiyada vəfat edən İdil Fərzəliyevin dayısı edib. Vətəndaş ərizəsində bildirib ki, İdil Fərzəliyevin məzar daşında onun ünvanına heç bir əsasa söykənməyən, nüfuzunu aşağılıyan və onu ağır cinayətdə günahlandıran böhtan xarakterli ifadələr yer alıb. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən İdilin valideyni 2024-cü ilin oktyabr ayında mərhum oğlunun qəbir daşının üzərinə "Dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla öldürülən oğlum" cümləsini yazdırıb. Mərhumun dayısının sözlərinə görə, Rusiyada İdilinin ölümü ilə bağlı aparılan cinayət işi rədd edilib və hadisə rəsmi qaydada "intihar" kimi qiymətləndirilib. Bu barədə Rusiya hüquq mühafizə orqanlarının materialları mövcuddur və ölümün zorakılıqla bağlı olmağı rəsmi təsdiqini tapmayıb. O, bu səbəbdən məzar daşındakı yazını ağır böhtan hesab edib. İdil Fərzəliyevin dayısı daha sonra şikayətini geri çəkib. Nəticədə Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub.
Bu xəbəri də oxu: Vüqar Qurbanovun taleyi necə olacaq? – Gedişinin arxasında PROSESLƏR
Son.az
Əksər hallarda vətəndaşlar mənzil alarkən ödəniş edilən evin kvadrat�
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (T
Saat 09:30-da Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.�
2026-cı ilin qış ayının sonu daha çox sakit, planlı və enerjisini düzg�
Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə ya
Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA "Ana təbiət&qu
Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etm�
Türkiyənin sabiq səhiyyə naziri Fahrettin Koca "Qalatasaray"ın İ
Dünyanın ən zəngin ölkələri siyahıya alınarkən yalnız iqtisadiyyat de
Çox vaxt qatıq qabının üstündə yığılan sarımtıl suyu "xoş gör
Ağ köynəklərdə və tişörtlərdə yaranan qoltuqaltı ləkələri təkcə
Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərində ölümdən döndüyünü
Quru lobya bişirərkən çoxumuzun tərəddüd etdiyi məqamlardan biri onun il
Ankarada tədbirə avtomobillə gələn Bülent Ersoy bütün diqqətləri üzə
