Fatih Terimə sürpriz təklif


İdman 26 May 2018 16:30:00 241 0

Fatih Terimə sürpriz təklif

Galatasaray-ın baş məşqçisi Fatih Terim sürpriz təklif alıb.

Goal.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, “cim-bom”u Türkiyə çempionu edən təcrübəli mütəxəssis Çinə köçə bilər.

Bernd Şusterlə yollarını ayırmağı planlaşdıran Dalian Yifang onu məhz Terimlə əvəzləmək niyyətindədi. Nikolas Qaytan və Yannik Karrasko kimi ulduzlara sahib olmasına baxmayaraq, komandanın 16 komanda arasında 15-ci pillədə qərarlaşması rəhbərliyin narazılığına səbəb olub. Terimin meneceri Jorje Mendeslə görüşən “Dalyan Yifanq” rəhbərliyi ona illik 10 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Fatih Terimin Galatasaray-la müqaviləsi gələn ilin yayına qədərdir.