Liverpool azarkeşi: "Dalaşmağa yox, futbola baxmağa gəlmişəm"


İdman 25 May 2018 16:32:00 283 0

Liverpool azarkeşi: "Dalaşmağa yox, futbola baxmağa gəlmişəm"

Bu gün səhər saatlarında Kiyevin mərkəzində hücuma məruz qalmış Liverpool azarkeşlərindən biri hadisə ilə bağlı danışıb. Goal.az xəbər verir ki, o, yemək yeyərkən bununla üzləşdiklərini bildirib.

"Öz işlərimizi müzakirə edirdik. Mən bura dalaşmağa yox, futbola baxmağa gəlmişəm. Biz saat 4 radələrində küçədə durmuşduq. Birdən it dəstəsi kimi bizə hücum çəkdilər. Pis bir şey etmirdik. Onlar isə bizə şüşə və stolları atmağa başladılar".