Arda Turanın cəzası azaldıldı


İdman 25 May 2018 11:00:00 293 0

Arda Turanın cəzası azaldıldı

 Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi Başakşehir-in futbolçusu Arda Turanın cəzasını azaldıb.

Goal.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçunun 16 oyunluq cəzası 10 matça endirilib. İntizam Komitəsinin qəbul etdiyi 39 min cərimə isə qüvvədə qalıb.

Qeyd edək ki, Arda Turan Türkiyə Super Liqasının XXXII turunda Sivasspor-la ev oyununda yan xətt hakiminə hücum edərək onu itələdiyi, hədələdiyi və təhqir etdiyi üçün ağır cəza alıb.