Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlanıb - SİYAHI


İdman 24 May 2018 16:16:00 316 0

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlanıb - SİYAHI

Futbol üzrə Latviya millisinin Baltika Kuboku və Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, baş məşqçisi Miksu Patelaynen iyunun 9-da Riqada baş tutacaq görüş üçün 23 futbolçuya dəvət göndərib. Heyətdə vaxtilə Azərbaycanın Qəbələ, Qarabağ və Rəvan klublarının formasını geyinmiş Kristian Torres də var. Argentina əsilli hücumçu bir müddətdir Latviya vətəndaşlığını qəbul edib. 

Qapıçılar: Andris Vanin, Kaspar İksten, Yevgeni Neruqal

Müdafiəçilər: Vitali Maksimenko, Vladislav Qabov, İqor Tarasov, Kaspar Dubra, Vitali Yaqodinski, Qints Freymanis, Robert Savalnyek

Yarımmüdafiəçilər: Martsis Oşs, Jurkovski, Vyaçeslav İsayev, Aleksandr Fertov, Ritvar Ruqin, Yanis İkaunyek, Qleb Klyuşkin, Vladimir Kameş, Kristian Torres,

Hücumçular: Valeri Şabala, Davis İkaunyek, Artur Karaşauskas, Vladislav Qutkovski

Qeyd edək ki, Latviya yığması iyunun 2-də Estoniya, iyunun 5-də Litva, iyunun 9-da isə Azərbaycanla qarşılaşacaq. Son oyun "Daugava" stadionunda təşkil olunacaq.