Topaz Premyer Liqasında növbəti mövsüm üçün transfer dövləri açıqlanıb


İdman 23 May 2018 18:10:00 338 0

Topaz Premyer Liqasında növbəti mövsüm üçün transfer dövləri açıqlanıb

Azərbaycanda 2018/2019 futbol mövsümü üçün transfer dövrləri açıqlanıb. Goal.az xəbər verir ki, yay transfer dövrü 9 iyun – 31 avqust 2018-ci il tarixlərini əhatə edəcək. Qış transfer dövrü isə 5 yanvar – 1 fevral 2019-cu il tarixlərində olacaq.

Qeyd edək ki, Topaz Premyer Liqasında növbəti mövsüm də 8 komandalı sistemin saxlanılması gözlənilir. 7 komandanın adı məlumdur. Kəpəz-in yüksək dəstədə qalacağı və ya yerini Sabah-a verəcəyi isə dəqiqləşməyib.