AFFA prezidenti üç futbol federasiyasının nümayəndə heyətini qəbul etdi


İdman 23 May 2018 16:03:00 283 0

AFFA prezidenti üç futbol federasiyasının nümayəndə heyətini qəbul etdi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatını təşkil emək üçün namizədliyini birgə irəli sürmüş ABŞ, Kanada və Meksika futbol federasiyalarının tender qrupundan ibarət nümayəndə heyəti Bakıya səfər edib.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun inzibati binasında assosiasiya prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla görüşən tender qrupunun üzvləri dünya çempionatının ev sahibliyinə namizədlikləri ilə bağlı təqdimatla çıxış ediblər.

Qeyd edək ki, DÇ-2026-nın təşkili üçün namizədliyini irəli sürmüş digər ölkə Mərakeşdir.