Ture: "Poqbaya bəzi şeylər öyrədə biləcəyimi düşünürəm"


İdman 23 May 2018 15:42:00 282 0

Ture: "Poqbaya bəzi şeylər öyrədə biləcəyimi düşünürəm"

Manchester City-nin sabiq futbolçusu Yaya Ture Pol Poqbanın oyununa simpatiyasını ifadə edib. Goal.az xəbər verir ki, təcrübəli futbolçu ilk öncə gələcəyi ilə bağlı bunları deyib:

"Yenidən uğur qazana biləcəyim komandaya keçmək istəyirəm. Günlərin birində Manchester City ilə qarşılaşmaq çətin olardı, amma bu, işimizin bir hissəsidir. City-də uzun müddət çıxış etdiyim üçün başqa kluba getmək asan məsələ deyil. Yüksək səviyyədə daha 2 il oynamaq, Avroliqa və ya Çempionlar Liqasında iştirak etmək istəyirəm.

De Bruyne və David Silva kimi Poqbanı da bəyənirəm. Cüssə baxımından onunla bənzərik. Amma oyun tərzimiz fərqlidir. Onunla bir komandada oynamaq istərdim. Düzü, ona bəzi şeylər öyrədə biləcəyimi düşünürəm. Lakin Manchester United-ə keçsəm, City azarkeşləri məni öldürər".