Arsenal Artetadan rədd cavabı aldı


İdman 22 May 2018 15:26:00 256 0

Arsenal Artetadan rədd cavabı aldı

Arsenal-ın yeni baş məşqçi axtarışları davam edir. Goal.az "Sky Sports"a istinadən xəbər verir ki, "topçular" Unay Emeri ilə ilkin razılıq əldə edib. Bu posta ən real namizəd olan Mikel Artetanın isə təklifi rədd etdiyi deyilir. Məlumata görə, ispaniyalı məşqçi danışıqlar zamanı rəhbərliyin qarşısına bəzi şərtlər qoyub. Arteta transfer məsələsində tam səlahiyyət istəyib. Bu, Arsenal bosslarını qane etmədiyindən danışıqlar yarımçıq qalıb.