Tarixində ilk dəfə La Liqaya yüksəldi


İdman 22 May 2018 13:26:00 243 0

Tarixində ilk dəfə La Liqaya yüksəldi

Huesca klubu növbəti mövsümdən etibarən İspaniya La Liqasında çıxış edəcək.

Goal.az-ın məlumatına görə, komanda İspaniya Sequndasının 40-cı turunda səfərdə Lugo-nu 2:0 hesabı ilə məğlub etməklə buna nail olub. Huesca sona iki tur qalmış ilk iki pillədən birini təmin edib. Xoan Franseskin rəhbərlik etdiyi kollektiv son iki turda məğlub olsa belə, ən azı ikinci yerdə qalacaq.

Qeyd edək ki, Huesca tarixində ilk dəfə La Liqada çıxış edəcək.