Galatasaray-dan ayrılacaq ilk oyunçu


İdman 22 May 2018 13:07:00 318 0

Galatasaray-dan ayrılacaq ilk oyunçu

Türkiyə Superliqasında son mövsüm çempionu Galatasaray-dan ayrılacaq ilk oyunçu müəyyənləşib. Goal.az xəbər verir ki, "sarı qırmızılar" fransalı qapıçı Sedrik Karrosonun müqaviləsini yeniləməyəcək. O, geridə qalan mövsümdə 2 dəfə Galatasaray-ın qapısını qoruyub.

Karrosonun həyat yoldaşı Coy da bu informasiyanı təsdiqləyib.

"Bu gözəl şəhərlə vidalaşmaq çətindir. İstanbul və buranın sakinləri üçün darıxacağıq. Bu gözəl klub bizim yaddaşımızda qalacaq. Hər birinizə təşəkkür edirəm" - Coy Karrası sosial şəbəkədə yazıb.