Sumqayıt-da yeni müqavilə


İdman 22 May 2018 10:27:00 329 0

Sumqayıt-da yeni müqavilə

Sumqayıt futbol klubu 2018/2019 mövsümü üçün heyətini müəyyənləşdirmək məqsədilə çalışmalara başlayıb.

Goal.az-ın məlumatına görə, komanda ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi komanda ilə yeni ikiillik sözləşməyə imza atıb.

5 mövsümdür "Gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə klubun heyətində 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub və 1 qol vurub. Ümumilikdə, kapitan Sumqayıt heyətində 131 qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, Vurğun Hüseynovun Sumqayıt-da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, Xəzər Lənkəran-la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.