PSG prezidenti: "UEFA bizdən nə istəyir?"


İdman 21 May 2018 18:52:00 235 0

PSG prezidenti: "UEFA bizdən nə istəyir?"

PSG-nin prezidenti Nasser əl-Xəlaifi UEFA tərəfindən kluba sanksiya tıtbiq olunmaq ehtimalına münasibət bildirib. Goal.az xəbər verir ki, qətərli funksioner "Financial fair play" qaydalarını pozmadıqlarını bildirib.

"Düzü, bizə cəza verilməsi mənim üçün təəccüblü və anormal bir şey olar. PSG hər zaman qaydalara riayət edib. UEFA bizim "financial fair play"ə uyğun fəaliyyətimizi araşdıranda çox sərt, hətta ədalətsiz olub. Qurum bilir ki, bizə pul hardan gəlir. Klubun borcu yoxdur, biz maliyyə zəmanəti təqdim etmişik. Başqa klubların borcu var. Məsələn, İspaniyanı nəzərdən keçirin. Orda çoxları bu problemlə üzləşib. Bizdən nə istəyirlər? Qoy, bizi rahat buraxsınlar.

Yeni sponsorlarımız olacaq. "Nike" firması ilə danışıqlar gedir, yaxın vaxtlarda müqavilə imzalayacaq. Titul sponsorumuz "Emirates"lə anlaşma sona yaxınlaşır. Digər namizədlərlə əməkdaşlıq etmək imkanlarını nəzərdən keçiririk".

Qeyd edək ki, PSG-yə 2014-cü ildə transferlərə 60 milyon avrodan çox pul xərcləmək qadağan olunmuşdu. Bir müddət əvvəl UEFA klubun maliyyə mənbələrini növbəti dəfə araşdırmaq qərarına gəlib.