Birbaşa ÇL-in qrup mərhələsində iştirak edəcək 26 klub - SİYAHI


İdman 21 May 2018 17:51:00 272 0

Birbaşa ÇL-in qrup mərhələsində iştirak edəcək 26 klub - SİYAHI

2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa oynayacaq 26 komandanın hamısı bəlli olub.

Goal.az xəbər verir ki, son vəsiqəni dünən Lazio-nu 3:2 hesabı ilə məğlub edərək A seriyasında 4-cü yeri təmin edən İnter qazanıb. Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfə qitənin ən ali klub yarışına qatalacaq.

Qeyd edək ki. qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu Qarabağ da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.

Qrup mərhələsinin oyunlarına isə 18-19 sentyabrda start veriləcək.

ÇL-in qrupunda birbaşa oynayacaq komandalar:

İspaniya: Barcelona, Atletico, Real Madrid, Valencia

Almaniya: Bayern Munich, Schalke-04, Hoffenheim, Borussia (Dortmund)

İngiltərə: Manchester City, Manchester United, Tottenham, Liverpool

İtaliya: Juventus, Napoli, Roma, İnter

Fransa: PSG, Monaco, Lion

Rusiya: Lokomotiv, CSKA

Portuqaliya: Porto

Ukrayna: Shakhtar

Belçika: Brügge

Turkiyə: Galatasaray

Çexiya: Viktoriya