Arsenal-da baş məşqçi postuna 2 namizəd


İdman 21 May 2018 16:30:00 252 0

Arsenal-da baş məşqçi postuna 2 namizəd

Arsenal mövsümün sonunda komandanı tərk edən baş məşqçi Arsen Vengerə əvəz axtarmaqda davam edir.

Goal.az xəbər verir ki, “topçular”ın “sükanı arxasına” keçməyə əsas namizəd Manchester City-nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi olan Mikel Artetadı.

İngiltərə mətbuatında yer alan məlumata görə, Arteta Arsenal-ın maraqlandığı yeganə mütəxəssis deyil. London təmsilçisinin baş məşqçi postuna digər namizəd isə PSG-dən ayrılan Unay Emeridi. Komanda onun rəhbərliyi altında Fransa Liqa 1-in son mövsümünü çempion kimi başa vurub.