Çempionluq yürüşündə klubun avtobusu yandı


İdman 20 May 2018 18:55:00 256 0

Çempionluq yürüşündə klubun avtobusu yandı

28-ci dəfə Serbiya çempionu olan Crvena Zvezdanın Belqradda yürüşü zamanı insident yaşanıb. Goal.az xəbər verir ki, mayın 19-u, gecə saatlarında klub nümayəndələrinin yerləşdiyi avtobus yanıb. Yanğına səbəb azarkeşlərin istifadə etdiyi pirotexniki vasitələr olub.

Polis və yanğınsöndürənlərin vaxtında müdaxiləsi sayəsində futbolçu və azarkeşlər arasında xəsarət alan olmayıb. Futbolçular qələbəni restoranda, fanatlar isə Belqrad küçələrində qeyd etməyə davam edib.