Barcelona-nın Qrizmanna təklif etdiyi müqavilənin şərtləri


İdman 20 May 2018 17:50:00 280 0

Barcelona-nın Qrizmanna təklif etdiyi müqavilənin şərtləri

Barcelona-nın Antuan Qrizmannı heyətə qatmaq üçün təklif etdiyi müqavilənin şərtləri məlum olub. Goal.az xəbər verir ki, "Barca" fransalı forvarda 5 illik müqavilə, 15 milyon avro məvacib ödəməyə hazırdır. Bu, vergilər çıxılandan sonra qalacaq təmiz qazancdır. Eyni zamanda, Qrizmann hər oyuna görə bonus almaq imkanı da əldə edəcək. Qeyd olunur ki, futbolçu ilə müqavilənin şərtləri tam razılaşdırılıb. Atletico bundan öncə iki dəfə Qrizmanna müqaviləni yeniləməyi təklif etsə də, istəyinə çata bilməmişdi.