Kavani tacını heç kimə vermədi


İdman 20 May 2018 15:50:00 284 0

Kavani tacını heç kimə vermədi

Fransa Liqasında 2017/18 mövsümünə yekun vurulub. Goal.az xəbər verir ki, Liqanın ən sərrast futbolçusu Edinson Kavani olub. PSG-nin uruqvaylı qolyadoru 32 oyunda rəqib qapılarına 28 dəfə yol tapıb. Onun ən yaxın izləyicisi Florian Tovenin (Marseille) 35 oyunda 22 qolu var. Lyon-un vinqeri Memfis Depay mövsümü 19 qolla başa vurub. Mövsümün ikinci yarısında zədə səbəbindən komandasına kömək edə bilməyən Neymar isə 20 oyunda 19 qolun müəllifi olub.

Qeyd edək ki, Kavani ardıcıl 2-ci mövsüm Fransa çempionatının bombardiri olub. Ötən mövsüm o, 36 oyunda 35 qol vurmaqla diqqəti cəlb etmişdi.