Konte: "İngiltərədə də sübut etdim ki, əsl qalibəm"


İdman 20 May 2018 12:07:00 324 0

Konte: "İngiltərədə də sübut etdim ki, əsl qalibəm"

İngiltərə Kubokunun finalında Chelsea Manchester United-i minimal hesabla məğlub etməklə mövsümü titulla başa vurub. Goal.az xəbər verir ki, matçdan sonra "zadəganlar"ın baş məşqçisi Antonio Konte təəssüratlarını media ilə bölüşüb.

"Kağız üzərində United bizdən daha güclü görünürdü. Biz gərgin işiin sayəsində qələbə qazandıq. Gələcəklə bağlı mövqeyim dəyişməyib. Başqa klubların təklifi barədə eşitmək istəmirəm. Chelsea ilə müqaviləmə hörmət edirəm və burda işimə davam edəcəm. İki il ərzində İngiltərə çempionatı və kubokunun qalibi olduq. Burda da sübut etdim ki, mən çətinliklərə baxmayaraq, əsl qalibəm. İngiltərədə titul qazanmaq asan deyil. Mövsümün əvvəlində mükafata sahib çıxmağa zəmanət yoxdur"- Konte qeyd edib.