3 il əvvəl iflas olan komanda yenidən A Seriyasında


İdman 19 May 2018 12:45:00 247 0

3 il əvvəl iflas olan komanda yenidən A Seriyasında

İtaliya A Seriyasına Empoli-nin ardından yüksələn ikinci komanda müəyyənləşib.

Goal.az xəbər verir ki, B Seriyasının sonuncu - 42-ci turunda Parma səfərdə Speziya-nı 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 72 edib və elitaya yüksəlib.

Parma 2015-ci ildə iflas olduğu üçün D Seriyasına göndərilmişdi. Ardıcıl 3 il liqalardan yüksələn komanda növbəti mövsüm A Seriyasında çıxış edəcək.