Türkiyə millisinin heyəti açıqlandı


İdman 19 May 2018 11:16:00 231 0

Türkiyə millisinin heyəti açıqlandı

Türkiyə yığmasının baş məşqçisi Mirça Luçesku yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb.

Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, rumıniyalı mütəxəssis 27 oyunçuya dəvət göndərib.

İran, Tunis və Rusiya ilə yoldaşlıq görüşlərində bir neçə aparıcı futbolçu iştirak edə bilməyəcək. Belə ki, Burak Yılmaz, Gökhan Gönül, Səlçuk İnan, Sərdar Aziz, Ömər Toprak, Enes Ünal, Əmrə Mor və Caner Erkin zədə səbəbindən yığmadan kənarda qalıblar.

Qapıçılar: Okan Koçuk (İstanbulspor), Sərkan Kırıntılı (Konyaspor), Volkan Babacan (Başakşehir);

Müdafiəçilər: Şener Özbayraklı, Mehmet Topal, Hasan Ali Kaldırım (hamısı Fenerbahçe), Mehmet Zəki Çelik (İstanbulspor), Çağlar Söyüncü (Freiburg, Almaniya), Kaan Ayhan (Fortuna, Almaniya), Ömər Bayram (Akhisarspor), Ərtuğrul Ərsoy (Bursaspor);

Yarımmüdafiəçilər: Abdülkadir Ömür, Okay Yokuşlu, Yusuf Yazıcı (hamısı Trabzonspor), Cengiz Ündər (Roma, İtaliya), Dəniz Türüç (Kayserispor), Əmrə Akbaba (Alanyaspor), İrfan Can Kahveci, Mahmut Təkdəmir (hər ikisi Başakşehir), Oğuzhan Özyakup (Beşiktaş), Tarkan Sərbəst (Austriya, Avstriya), Hakan Çalhanoğlu (Milan, İtaliya), Kənan Karaman (Hannover, Almaniya), Sərdar Gürlər (Osmanlıspor), Yunus Mallı (Wolfsburg, Almaniya);

Hücumçular: Cenk Tosun (Everton, İngiltərə), Umut Bulut (Kayseripor).

Qeyd edək ki, Türkiyə yığması mayın 28-də İran, iyunun 1-də Tunis, 5-də isə Rusiya ilə yoxlama matçında üz-üzə gələcək.