Qadın millimiz Ukrayna voleybolçularını qəbul edəcək


İdman 18 May 2018 15:22:00 291 0

Qadın millimiz Ukrayna voleybolçularını qəbul edəcək

Sabah qadın voleybolçuların Qızıl Avropa liqasının oyunları başlayacaq.

Goal.az saytı xəbər verir ki, “A” qrupunda yer alan Azərbaycan millisi ilk görüşünü Ukraynaya qarşı keçirəcək.

Faiq Qarayevin rəhbərlik etdiyi komanda rəqibini Bakıda, Voleybol Mərkəzində qəbul edəcək. Matç saat 18:00 start götürəcək. Qarşılaşmanı Epaminondas Gerothodorosla (Yunanıstan) Eldar Əliyev (Azərbaycan) idarə edəcəklər.

Qrupun digər görüşündə Bolqarıstan Portuqaliyanı sınağa çəkəcək.