"Son oyunda bir-birimizin əlini sıxdıq"


İdman 18 May 2018 11:47:00 250 0

"Son oyunda bir-birimizin əlini sıxdıq"

Manchester United-in baş məşqçisi Joze Mourinyo həmkarı Antonio Konte ilə münasibəti barədə danışıb. Goal.az xəbər verir ki, portuqal mütəxəsis bunları deyib:

"Hər şey yaxşıdır. Son oyunda bir-birimizin əlini sıxdıq. Mançesterdəki oyundan sonra onu kabinetimə dəvət etdim, söhbət etdik. Heç bir problem yoxdur".

Qeyd edək ki, mövsümün ortasında Konte və Mourinyo arasında söz savaşı baş vermişdi.