Premyer Liqa klublarının son mövsümdəki gəliri açıqlanıb


İdman 17 May 2018 19:25:00 317 0

Premyer Liqa klublarının son mövsümdəki gəliri açıqlanıb

İngiltərə Premyer liqasının geridə qalan mövsümündə klublar qazancı açıqlanıb. Goal.az xəbər verir ki, bu baxımdan Manchester United hamını qabaqlayıb - 149.8 milyon funt. Çempion Manchester City həmşəhərlilərindən biraz geri qalıb - 149.4 mln funt. "Qırmızı şeytanlar"ın gəlirinin daha çox olması City-yə nisbətən 2 oyunlarının artıq yayımlanmasıdır. Sonrakı pillələrdə Liverpool (145), Tottenham (144), Arsenal (142) və Chelsea (141) gəlir. Maraqlıdır ki, turnir cədvəlinin sonuncusu West Bromwich Albion 94 milyon funt qazanc əldə edib.