Qarabağ klubu hərbçilərlə görüşüb


İdman 17 May 2018 17:25:00 282 0

Qarabağ klubu hərbçilərlə görüşüb

Qarabağ klubunun futbolçuları Qarabağ bölgəsinə səfər edib. Goal.az xəbər verir ki, Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar. Futbolçular burada hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar. Komanda üzvləri hərbi hissəyə Qarabağ forması, top və şarf hədiyyə ediblər. Daha sonra onlar cəbhə bölgəsindəki hərbi hissələrdən birinə səfərə yollanıblar.