UEFA final matçı ilə bağlı intizam işi açıb


İdman 17 May 2018 17:06:00 344 0

UEFA final matçı ilə bağlı intizam işi açıb

UEFA Avropa Liqasının finalında baş tutan Marseille - Atletico (0:3) matçı ilə əlaqədar intizam işi açıb. Goal.az xəbər verir ki, hər iki klubun azarkeşləri kütləvi qarşıdurma, vandalizm, pirotexnikadan istifadə və meydana yad əşyalar atmaqda ittiham olunur. Marseille oyun startının yubanmasına da səbəbkar göstərilir. Atletico fanatları isə irqçi banner açdığına görə radara düşüb. Qayda pozuntuları ilə bağlı qərar mayın 31-də çıxarılacaq.