Kambiasso dünya çempionatına yollana bilər


İdman 17 May 2018 16:04:00 265 0

Kambiasso dünya çempionatına yollana bilər

Yaxın keçmişin tanınmış futbolçusu Esteban Kambiasso 2018-ci il dünya çempionatında Kolumbiya millisinin məşqçilər korpusunda yer ala bilər. Goal.az xəbər verir ki, Kolumbiya millisinə hazırda yəhudi əsilli argentinalı Xose Pekerman rəhbərlik edir. Komanda dünya çempionatında Yaponiya, Polşa və Seneqalla eyni qrupda yer alır.

Kambiasso futbolçu karyerasını 2017-ci ilin sentyabrında nöqtələyib. O, klub səviyyəsində Real, İndependiente, River Plate, İnter, Leicester City və Olympiacos-un şərəfini qoruyub.