Klaudio Ranyerinin istefası rəsmiləşdi


İdman 17 May 2018 15:05:00 269 0

Klaudio Ranyerinin istefası rəsmiləşdi

Fransa Liqasında daha bir klub baş məşqçisi ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, Nantes italiyalı çalışdırıcı klaudio Ranyerinin istefasını rəsmən elan edib. İtaliyalı mütəxəsis 2017-ci ilin yayında bu kluba gəlmişdi. Nantes mövsümə yaxşı başlasa da, sonradan ardıcıl xal itkiləri ilə üzləşərək Avrokuboklardan kənarda qalmışdı.

"Nantes prezidentinə təşəkkür edirəm. Oyunçularıma minnətdaram. İlk dövrə əla keçdi. Qışdan sonra tapşırıq çətin olsa da, komanda bütün gücünü ortaya qoydu. Ümid edirəm ki, klubun inkişafı davam edəcək" - Ranyeri qeyd edib.