Simeonenin Atletico-su 200-cü dəfə "toxunulmaz qaldı"


İdman 17 May 2018 13:11:00 289 0

Simeonenin Atletico-su 200-cü dəfə "toxunulmaz qaldı"

Atletico Avropa Liqasının finalında Marseille-ə 3 cavabsız qolla qalib gəlməklə 3-cü dəfə turnirin qalibi oldu. Goal.az xəbər verir ki, bu matç Diyeqo Simeonenin komandanın baş məşqçisi kimi 378-ci oyunu olub. 2011-ci ildən Atletico-nu çalışdıran argentinalı mütəxəsisin dövründə Madrid klubu 200 oyunda qapısını toxunulmaz saxlayıb. Komanda keçirdiyi görüşlərin 53 faizində qələbə qazanıb.

Simeonenin rəhbərliyi altında Atletico 34 dəfə 0:0, 67 dəfə 1:0, 45 dəfə 2:0, 31 dəfə 3:0, 13 dəfə 4:0, 7 dəfə 5:0, 2 dəfə 6:0, 1 dəfə isə 7:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Atletico-nun bu geridə qalan mövsümdə qapısından top keçirən komandalardan biri də Qarabağ-dır.