Alman futbolçu Lövə görə karyerasını bitirdi


İdman 17 May 2018 11:36:00 274 0

Alman futbolçu Lövə görə karyerasını bitirdi

Bayern Munich'in futbolçusu Sandro Vaqner yığma karyerasını bitirdiyini elan edib.

Goal.az xəbər verir ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Vaqneri DÇ-2018-ə gedəcək heyətə salmadığına görə, o, karyerasını bitirmək qərarına gəlib. Futbolçu “instaqram”da məsələ ilə bağlı yazdığı statusda məşqçilər korpusunu da ittiham edib:

“Mən yığma komandadan gedirəm. Aydın görünür ki, açıq, vicdanlı və ədalətli davranışımla məşqçilər korpusunu qane etmirəm. Uşaqlara Rusiyada uğur arzulayıram və inanıram ki, vətənə çempion kimi qayıdacaqlar. Mənim karyeramda isə ən vacib məqam artıq baş verib. Yenidən Bayern Munich'də - sevimli komandamdayam”.