Azərbaycanda növbəti Neymar Jr’s Five futbol turniri


İdman 15 May 2018 13:31:00 235 0

Azərbaycanda növbəti Neymar Jr’s Five futbol turniri

Məşhur futbolçu Neymar tərəfindən təqdim edilmiş “Neymar Jr’s Five” futbol turniri Azərbaycanda növbəti dəfə təşkil olunacaq. Goal.az xəbər verir ki, seçim mərhələləri Gəncə şəhərində 19 may, Lənkəranda 26 may və Bakıda 1, 2, 3 iyun tarixlərində təşkil olunacaq. Milli final mərhələsi Bakıda 17 iyun tarixində keçiriləcək.

Neymar Jr’s Five –“beşin beşə” qlobal futbol turniridir və dünyanın hər bir tərəfindən ortaq həvəsləri futbol olan oyunçuları biraraya gətirir. 2017-ci il də turnirdə Azərbaycan da daxil olmaqla 53 ölkəni təmsil edən 100 000–dən artıq oyunçu iştirak edib. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60 ölkədə seçim mərhələlərinə artıq start verilib. Bu yarışlarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq, 21 iyulda Praya-Qrande, Projecto Neymar Jr-da, Braziliyada üçüncü dəfə keçiriləcək turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.

Neymar Jr-un özü bu layihənin inkişafında yaxından iştirak edir: “Mən çox şadam ki, ildən ilə bu yarışmada iştirak edən oyunçuların, komandaların və iştirakçı ölkələrin sayı artır», - deyə o, öz müsahibəsində bildirib.

Yarışmada altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçulardan dördü 16-25 yaş arası, digər ikisi isə 25 yaşdan böyük ola bilər.

“Dünya finalında ölkəni təmsil etmək böyük bir qürurdur və biz 53 ölkədən olan ən yaxşı oyunçularla layiqli mübarizə aparmaq üçün əlimizdən gələn hər bir şeyi etdik. Bu il də komandamızın bəzi oyunçuları seçim mərhələlərində iştirak edəcək”, - deyə, ötənilki qalib komandanın kapitanı Elməddin Hüseynov bildirib: “Qalib olmaq üçün ən əsası, bir yumruq kimi əsl komanda olmaq, bütün diqqəti oyuna yönəltmək və qaydaları pozmamaq lazımdır”.